2019-05-06 23:09:28   |   146 dəfə oxunub

İmamoğlu YSK-nın qərarına reaksiya verib: "Heç vaxt ümidinizi itirməyin"



Bu axşam mənimlə bağlı bir qərarı hər kəs maraqla gözləyir, bunun fərqindəyəm.
Axar.az xəbər verir ki, bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ali Seçki Qurumunun qərarından danışarkən bildirib.

"Bəzi yerlərdə xəbərlər yayılıb. Bu axşam sizə geniş açıqlama verəcəm. Hər şey çox gözəl olacaq, heç vaxt ümidinizi itirməyin. Biriləri səhvlər edəcək. Amma biz həmişə birlikdə ümidi qaldıracağıq. Hər şey çox gözəl olacaq", - İmamoğlu qeyd edib.

Qeyd edək ki, YSQ-nin İstanbulda keçirilən bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsindən sonra İmamoğluna verilən sədr vəsiqəsinin də geri alınacağı gözlənilir.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24