2019-05-07 01:14:40   |   147 dəfə oxunub

Pompeo Lavrovla görüşdən razı qalıb: "Ortaq sahələr var"



ABŞ dövlət katibi Mayk Pompeo Finlandiyada Arktik Şurasının Nazirlər iclası çərçivəsində Rusiya XİN-in rəhbəri Sergey Lavrovla keçirilmiş görüşü yüksək qiymətləndirib.


Lent.az-ın "TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pompeo görüşün nəticələri barədə jurnalistlərə açıqlamasında deyib.

"Görüş yaxşı keçdi. Biz geniş mövzularda məsələlərə toxunduq”, - deyə Pompeo bildirib.


ABŞ dövlət katibinin sözlərinə görə, o, Sergey Lavrovla ABŞ və Rusiyanın birgə addım ata biləcəyi sahələri müəyyən etməyə çalışıb:


"Bizim maraqlarımız tamamilə fərqlidir. Ancaq maraqların kəsişdiyi sahələrdə inkişaf əldə edə bilməyimiz üçün istək mövcuddur. Ümid edirəm ki, buna nail olacağıq”, - deyə amerikalı diplomat vurğulayıb.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24