2019-05-07 10:31:59   |   166 dəfə oxunub

İstanbulda 23 iyun seçkiləri: TKP imtina etdi



Xəbər verdiyimiz kimi, Türkiyə Ali Seçki Qurumunun (YSK) on bir üzvündən yeddisinin dəstəyi ilə verilmiş qərara əsasən, İstanbul bələdiyyəsi üzrə seçkilərin nəticələri ləğv olunub.
Lent.az Haberler.com-a istinadən xəbər verir ki, YSK-nın qərarından sonra Türkiyə Kommunist Partiyası (TKP) 23 iyunda yenidən keçiriləcək seçimdə nümayəndəsini geri çəkib. Belə ki, TKP İstanbul bələdiyyəsi üzrə seçkilərdə iştirak etməyəcək.
TKP Mərkəz Komitəsinin verdiyi qərarda bu sözlər yazılıb:
"Siyasi və ideoloji olaraq rəqib olmağımıza baxmayaraq, biz artıq Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi Əkrəm İmamoğlunun qalib olmasını elan etmişdik. Bu həqiqəti gizlətmək üçün hər yanaşmanın səhv olduğunu düşünürük”.
Qeyd edək ki, 31 mart seçimlərində TKP nümayəndəsi Zehra Güner Karaoğlu 40 min 492 səs toplamışdı.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24