2019-05-07 14:22:22   |   210 dəfə oxunub

Kişi ondan boşanmaq istəyən arvadını baltaladı – Həm də, uşaqlarının gözləri önündə - FOTO



Türkiyənin Osmaniyə rayonunda boşanma ərəfəsində olduğu əri Məhmət Zəngin tərəfindən uşaqlarının gözləri önündə baltayla öldürülən Dilək Zənginin atası Musa Bülbül - "Məhmət mənə zəng edib, "gəl qızını apar” dedi. Getdim, amma qızımın meyidini gətirdim” söyləyib.

"Sherg.az” Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə dünən günorta saatlarında Qədirli qəsəbəsinə aid, Camalpaşa məhəlləsində baş verib. 45 yaşlı Məhmət Zəngin aralarında şiddətli anlaşılmazlığa görə boşanma ərəfəsində olduğu 41 yaşlı arvadı Dilək Zəngin ilə mübahisə edib. Məhmət boşanmaqda israrlı olan arvadını fikrindən daşındıra bilmədiyini görüb, həyətdəki odun baltasına əl atıb. O, baltayla arvadının üzünə və boyun nahiyəsinə zərbə endirib. Qonşular qadının qışqırığını eşitdikdə, təcili yardıma və polisə məlumat veriblər. Polis ve həkimlər evdə qanlar içində yatan Dilək Zənginin öldüyünü müəyyənləşdiriblər. Heç yerə qaçmayan ər, polisə arvadını öldürdüyünü etiraf edib.

Diləyin meyidini təslim almağa Adanadan gələn atası Musa Bülbül deyib ki, hadisə günü qızı anası ilə danışıb, 2 gün əvvəl əri ilə dalaşdığını söyləyib:

"Bir ildir ki, aralarında mübahisə var idi. Qısqanma problemləri vardı. Yaxınlarda boşanacaqdılar. Məhmət mənə zəng etdi, "gəl qızını apar” dedi. Gəldim, amma qızımın meyiti ilə qarşılaşdım. Nəvəmin gözləri qarşısında öldürüb qızımı. Ən ağır cəza almasını istəyirəm”. Cinayətə şahid olan 2 qız nəvəsinin böyük sarsıntı keçirdiyini deyən baba, qızının cənazəsini təslim alıb. Öldürülən gənc qadının nəşi, dəfn olunmaq üçün anadan olduğu Kahramanmaraşın Andırın qəsəbəsinə aparılıb.

Anar







SON XƏBƏRLƏR

2019-05-27