2019-05-10 13:39:13   |   100 dəfə oxunub

Gəncə hadisələri: daha bir qrup şəxsə hökm oxundu


Gəncə hadisələri ilə bağlı həbs edilən Yavər İsmayılzadə, Aydın Rüstəmov, Elvin Əliyev və Zabil Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Y.İsmayılzadə 9 il, A.Rüstəmov 8 il, E.Əliyev 6 il, Z.Cümşüdov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır. Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var. Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25