2019-05-10 16:23:47   |   536 dəfə oxunub

Deputat hiddətləndi: “Onda Paşinyan torpaqlarımızda yallı gedə bilməyəcək"

Aqil Abbas:“Tək çıxış yolumuz avtomatı əlimizə götürüb düşmən üzərinə hücuma getməkdir”



Ötən gün erməni mediası və sosial şəbəkə istifadəçiləri Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşa şəhərinin işğalının şərəfinə düzənlənən mərasimdəki görüntülərini yayıblar. Görüntülərdə N. Paşinyanın əvvəlcə işğal şərəfinə şərab içməsi, daha sonra isə Şuşada Azərbaycan xalq mahnısına oynayan ermənilərə qoşulub yallı getməsi kadrları yer alıb.

Sözügedən görüntülərlə bağlı "Sherg.az”a danışan millət vəkili Aqil Abbas qeyd edib ki, bu olanlara son qoymaq üçün yeganə çıxış yolu müharibənin olmasıdır:

"Paşinyanı söysək nə dəyişəcək ki? Ali Baş Komandan döyüş əmrini verir və Azərbaycan Orudusu gedib Şuşanı azad edir. Tək çıxış yolumuz avtomatı əlimizə götürüb düşmən üzərinə hücuma getməkdir. 

Onda Paşinyan və digərləri torpaqlarımızda yallı gedə bilməyəcək.  Mən onları söysəm ya da tənqid etsəm nə olacaq? Həmin görüntülərə baxdım və olduqca əsəbləşdim. 

Lakin nə edə bilərdim ki? Çıxış yolumuz Şuşanı azad etməkdir. Gedib torpağımızı azad edirik və orada biz oynayırıq. Artıq uzum müddətdir ki, fəaliyyətsiz ATƏT var. Onlar istəyər ki, müharibə bitsin ? Əlbəttə, yox. Çünki maaş alıb kef edirlər. Ona görə də müharibə etmək lazımdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25