2019-05-10 17:23:39   |   226 dəfə oxunub

Xələf Xələfov: “Paşinyanın Dağlıq Qarabağa səfər etməsi destruktiv addımdır”


"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulmasıdır”.
ONA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq münaqişənin sülh yolu ilə həllinə ziddir: "Bu səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq normalar pozulur. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşınyanın səfəri ağlabatan deyil. Danışıqlar prosesi baxımından destruktiv addımdır”.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24