2019-05-10 18:06:06   |   345 dəfə oxunub

“Ermənistan nəyəsə nail olmaq yox, vaxt qazanmağa cəhd edir”



"XİN başçılarının Moskva görüşündə humanitar məsələlərin müzakirəsi zamanı, əsir yaxınlarının qarşılıqlı görüşməsi də gündəmə gətirilib”.

Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Analitik bildirib ki, tərəflər arasında sözügedən məsələnin reallaşması istiqamətində danışıqlar aparılması razılaşdırıldığı üçün Mariya Zaxarova həmin məqama toxunub: 

"Əgər tərəflər arasında müzakirələr davam etdirilsəydi, nəticənin necə olacağı bir müddət sonra bəlli olacaqdı. Ancaq Moskva görüşündən sonra erməni tərəfinin atəşkəsi pozması, təxribata əl atması hər hansı məsələdə müzakirələrin aparılmasını mümkünsüz hala gətirir. Bu da onu göstərir ki, Ermənistan danışıqlarda nəyəsə nail olmaq yox, vaxt qazanmağa cəhd göstərir. 

Təəssüflər olsun ki, Paşinyan hökuməti danışıqlar masasında bir söz deyir, İrəvana döndükdən sonra isə tamam başqa yanaşma sərgiləyir. Üç gün əvvəl ermənilərin Şuşanın işğalını təntənəli qeyd etməsi də düşmənin sülh istəmədiyinin bariz nümunəsidir. 

Ermənistan bəyanat verir ki, guya onlar sülh istəyirlər, amma Azərbaycan sülhdən qaçır. Əslində isə cəbhədə gərginlik yaradan məhz erməni tərəfidir. Son zamanlar Rusiya və ABŞ Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəallaşıblar. Çünki hər iki tərəf başa düşür ki, münaqişənin nizamlanmasından sonra iki ölkənin Cənubi Qafqazdakı rolu daha da artacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24