2019-05-11 02:18:17   |   174 dəfə oxunub

Dövlət sərhədinin demarkasiyası üzrə Komissiyaya Darsaliya rəhbərlik edəcək

  

Gürcüstan hökuməti Azərbaycan və Gürcüstan arasında sərhədin demarkasiyası üzrə komissiyanı təsdiq edib. Komissiyaya Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edəcək.

Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Komissiyanın ilk iclası gələn həftə baş tutacaq: "Komissiyanın tərkibi yenilənib və müxtəlif idarələrin nümayəndələri ilə tamamlanıb. Biz azərbaycanlı tərəfdaşlarımız ilə Komissiyanın ilk iclasının mayın 14-15-i keçiriləcəyi barədə razılıq əldə etmişik.

Bizim strateji tərəfdaşımız ilə sərhədin delimitasiyası-demarkasiyası ilə bağlı önəmli məsələləri müzakirə etməmiz üçün çox vacib addım atılır. Bilirsiniz ki, biz strateji tərəfdaşıq və bu, həssas məsələdir. Buna görə də bütün emosiyaları kənara qoymaq və hər iki tərəf üçün uyğun olan nəticələrin əldə edilməsi üçün, bizim tərəfdaşlığa yaraşan şəkildə, Komissiyaya normal şəraitdə işləməyi davam etdirmək imkanı vermək lazımdır".




SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22