2019-05-11 03:33:26   |   272 dəfə oxunub

Kraliça II Elizabetə təpkilər yağır: "Utancvericidir..."



Böyük Britaniya Kraliçası II Elizabetin Bəhreyn Kralı Hamed bin İsa Al Xəlifəni "Windsor Kral At Şousu"na dəvət etməsi ölkədə təpki ilə qarşılanıb.



"The Guardian" qəzetinin xəbərinə görə, Kraliça 2-ci Elizabet hər il keçirilən "Windsor Kral At Şousu"nda Al Xəlifə ilə bir araya gəlməsi  ingilis ictimaiyyətində ciddi narazılığa səbəb olub.
Bəhreyndə rejimin müxaliflərə qarşı təzyiqinə diqqəti çəkən Silah Ticarətinə Qarşı Kampaniya platformanın meneceri Endryu Smit açıqlamasında, görüşü "utancverici" şəklində səciyyələndirib.
Böyük Britaniyanın 2011-ci ildən  bu yana Bəhreynə 100 milyon sterlinliq (təxminən 800 milyon TL) dəyərində silah satdığına diqqəti çəkən Smit, Britaniyanın  bu ölkədəki rejimi deyil, həbsdəki müxalifətçi lider Həsən Muşeyma kimi adları dəstəkləməsi lazım olduğunu qeyd edib.

Sherg. az xarici media istinadən xəbər verir ki, muxalif  liderin oğlu Əli Muşeyma da qəzetdə qələmə aldığı yazıda, "Kral ingilis zadəganlarla sosiallaşarkən, yaşlı atam Bəhreyndə bir kamerada iztirab çəkir. Ciddi xəstəlikləri üçün müalicə görməsi də əngəllənir" deyə qeyd edir. 
Bəhreyn həbsxanalarının siyasi məhbuslarla dolub - daşdığını vurğulayan  Muşeyma, onların qəsdən tibbi müalicədən məhrum edildiyini vurğulayır.
Londondakı "Bəhreyn Hüquqlar və Demokratiya İnstitutu"nun direktoru Seyid Əhməd Al Vadaei də qəzetə verdiyi açıqlamada, İngiltərənin Bəhreynə  verdiyi dəstəyi tənqid edib.
Turan




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24