2019-05-12 15:16:11   |   97 dəfə oxunub

Leysan yağışı nəticəsində ev uçdu


Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

ONA-nın yerli bürosunun xəbərinə görə, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev rayona yağan güclü leysan yağdıqdan sonra uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq təhlükəsizlik baxımından mümkün deyil.

E. Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24