2019-05-12 16:37:55   |   83 dəfə oxunub

Bu gün Litvada prezident seçkiləri və iki referendum keçiriləcək


Bazar günü Litvada növbəti prezident seçkiləri və onunla bir vaxtda ikili vətəndaşlığın tətbiqi və Seymin (parlamentin) deputatlarının sayının ixtisar edilməsi ilə bağlı iki referendum keçiriləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dövlət başçısı postuna doqquz namizəd iddialıdır. Ekspertlərin rəyinə və sosioloji sorğuların nəticələrinə əsasən, 54 yaşlı iqtisadçı Gitanas Nauseda, 44 yaşlı sabiq maliyyə naziri İnqrida Şimonite və 48 yaşlı Baş nazir Saulyus Skvernyalis seçkilərin favoritləri sayılır. Hazırkı prezident Dalya Gribauskayte ikinci müddətə bu postdadır və üçüncü müddətə namizəd ola bilməz.

Ekspertlər hesab edirlər ki, namizədlərdən hər hansı birinin ilk turda qalib gəlmək şansı çox azdır. Seçkilərdə qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks-təqdirdə iki həftədən sonra ikinci tur keçiriləcək.

Litva prezidenti birbaşa gizli səsvermə yolu ilə beş il müddətə seçilir. Namizəd üçün yaş senzi (40 yaş) mövcuddur. O, həmçinin Litva vətəndaşı olmalı və azı son üç ili ölkədə yaşamalıdır.




SON XƏBƏRLƏR

2019-05-24