2019-05-12 17:40:57   |   598 dəfə oxunub

Bir dəfə "of" demədi: Yataq xəstəsi olan oğuluna 49 ildir gözü kimi baxır



Türkiyənin Muğla bölgəsində çəkilən "Dondurmam Gaymak” filmində də rol alan 80 yaşlı Sultan Tolgayın başı dərddədir.  O, düz 49 ildir 2 yaşında iynə vurulmasından beyin iflici keçirən, psixi problemli və yataq xəstəsi olan oğuluna  yorulmadan qulluq edir. 51 yaşlı oğlu Şövkət Tolgayı əlləriylə qidalandıran və onun bütün ehtiyaclarını ödəyən Sultan nənə bir ananın övladı üçün edə biləcəyi fədakarlığın simvolu kimi obyektivlərdə əks olunub.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə hər kəs Muğlalı Sultanı (80), "Dondurmam Gaymak”' filmində "Çoban xala” rolunda işlətdiyi söyüşlərdən tanıyır. Çətin  günlər yaşadığını heç kəsə anlatmayan Sultan nənənin ən böyük fədakarlığı  zehni əngəlli və yataq xəstəsi olan oğuluna 49 ildir gözü kimi baxmasıdı. Sultan nənə 24 il əvvəl həyat yoldaşını, 17 il əvvəl isə arı sancması nəticəsində digər oğulunu itirib.
Yaşlı qadın qızının ailə qurmasından  sonra beyin iflici keçirən əngəlli oğulu Şövkətlə baş-başa qalıb. Üzündən heç vaxt gülüşü əskik olmayan və həyatdan küsməyən Sultan nənə, yaşına baxmayaraq yataq xəstəsi olan övladının hər gün səhər, günorta və axşam yeməklərini verir.
2 otaqlı evdə oğulunu əlləriylə qidalandıran Sultan nənə, "Uşaqlığımdan kasıbçılıq içində böyüdüm. Həmişə qarğıdalı çörəyi yedik. Evləndikdən sonra buğda çörəyini gördüm. Kimsənin malında gözüm yoxdur. Bu yaşıma gəldim, əlimi uzadıb bir şey götürmədim. Oğuluma baxmağa məcburam. Doğularkən yaxşı, baxarkən çətin olmamalıdı. Təki Allah mənə güc versin, ömrümün sonuna qədər ona  baxım. Bir səhv iynə ucbatından uşağımın həyatı məhv oldu. O vaxt kı bələdiyyə sədrimiz Erman Şahin əlimdən tutdu və mənə iş verdi. Alnımın təri ilə çörəyimi qazandım.  Üz qarası olsaydım həyatda kimsənin üzünə baxa bilməzdim. Aldığım təqaüdlə dolanmağa çalışırıq. Kimsəyə boyun əymirəm. Quru çörək və soğan yeyim, yetər ki, ağızımın dadı pozulmasın" deyə sözlərinə davam edir. Sultan nənənin indi yalnız bir arzusu var: Həyatyanı sahəsinin divarları uçub,  səlahiyyətlilərdən kömək umur.

Turan




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24