2019-05-13 09:49:36   |   65 dəfə oxunub

Həftəsonu YOL TERRORU: 9 ölü, 5 yaralı



Respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 46 cinayətin üstü "isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 9 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Ayyət 




SON XƏBƏRLƏR

2019-05-24