2019-05-13 13:34:34   |   78 dəfə oxunub

Sabahın HAVASI...


Bakıda və Abşeron yarımadasında Mayın 14-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə,Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.


Azərbaycanın rayonlarında:

Mayın 14-də havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan

xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə dumanolacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoz:

Mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin

üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25