2019-05-13 13:49:10   |   167 dəfə oxunub

“Dünya Bankının Azərbaycanla bağlı hesabatı qərəzli çıxışlara beynəlxalq cavabdır” – Millət vəkili



"Azərbaycan iqtisadi inkişafına və əhalinin maddi rifah halının yaxşılaşmasına kölgə salmaq istəyən qüvvələrin çıxışları və iddiaları qeyri-peşəkar və populistdir”.

Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.

Parlament üzvü bildirib ki, belə iddialar heç bir hesablamlara əsaslanmayan və ya qeyri-peşəkar hesablamalara əsaslanan iqtisadi yanaşmalardır: 

"2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi nəticələri də Azərbaycan iqtisadiyyatının sürətli inkişaf etdiyini və bu inkişafın insanların real gəlirlərlərində əks olunduğunu göstərdi. 

Dünya Bankının dərc etdiyi hesabatda da bu nəticələr öz əksini tapır. Belə bir nüfuzlu təşkilatın apardığı təhlillərin nəticəsi ilə ölkəmizdəki iqtisadi inkişafın tempinin üst- üstə düşməsi populist və qeyri-peşəkar və qərəzli çıxışlara beynəlxalq cavabdır”.

Qeyd edək ki, Dünya Bankının "South Caucasus in Motion” hesabatında bildirilib ki, son illərdə Cənubi Qafqaz ölkələri arasında daha çox Azərbaycan əhalisi həyat şəraitindən razıdır. Hesabata əsasən, Azərbaycanda rəyi soruşulanların 43 faizi valideynlərinin dövrü ilə müqayisədə daha yaxşı yaşadığını deyib. Ermənistanda respondentlərin 62 faizi, Gürcüstanda isə 52 faizi həyat şərtlərinin pisləşdiyini vurğulayıblar.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-22