2019-05-13 14:07:57   |   190 dəfə oxunub

Deputatlarımız Gürcüstana gedir - MƏQSƏD?


Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Əflatun Amaşov qurumun komitə iclaslarında iştirak etmək üçün mayın 14-də Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər.

"Sherg.az" xəbər verir ki, Siyasi və hüquqi məsələlər komitəsinin 53-cü iclasında "QDİƏT-ə üzv ölkələrdə demokratiyanın möhkəmləndirilməsində Ombudsman institutunun rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitənin 52-ci iclasında "Yaşıl iqtisadiyyat. Mavi artım” mövzularında müzakirələr aparılacaq, hesabat və tövsiyələrin layihələri təsdiq ediləcək.

Hər iki toplantıda QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, təşkilatın Parlament Məclisinin 2019-cu il üçün iş təqvimi, komitələrin növbəti yığıncaqlarının yeri, vaxtı və gündəliyi müəyyən olunacaq.

Deputatlarımız komitələrdə qaldırılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər mayın 18-də başa çatacaq.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24