2019-05-13 14:27:44   |   110 dəfə oxunub

Təcili yardım maşını qəzaya düşdü - Avtomobildə olanlar ağır xəsarət alıblar


Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. 

Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24