2019-05-13 14:58:23   |   209 dəfə oxunub

Azərbaycan Sakit okean Alyansında müşahidəçi oldu


Azərbaycan mayın 10-da Sakit okean Alyansının (Pacific Alliance) Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə müşahidəçi statusu alıb.

XİN-dən verilən məlumata görə, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq etməkdədir.

Bildirilir ki, Meksika, Kolumbiya, Peru və Çilini özündə birləşdirən və iqtisadi blok olan Sakit okean Alyansı 2012-ci ilin iyun ayında təsis edilib. Ölkəmiz də daxil olmaqla hal-hazırda alyansın 57 müşahidəçi üzvü var.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24