2019-05-13 15:04:52   |   119 dəfə oxunub

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən yıxıldı - Reanimasiyaya yerləşdirilib


Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.

ONA-nın məlumatına görə, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. 

Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24