2019-05-13 15:11:32   |   215 dəfə oxunub

Momani Kloppa karikatura ilə cavab verdi - Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hamını xoşbəxt edir


Məşhur karikatura ustası Omar Momani "Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı fikirlərinə reaksiya verib

Oxu.Az xəbər verir ki, karikaturaçı Kloppun "Bu qərarı verənlər səhər nə yeyirlər?” tərzdə iradına özünəməxsus şəkildə cavab verib.

Momaninin karikaturasında "Çelsi” və "Arsenal” komandasının üzvləri səhər yeməyində təsvir edilib.

Klopp da rəsmə əlavə edilib.

"Cənab Klopp, bizə qoşul!

Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hamını xoşbəxt edir. Mütləq dadına baxın”, - deyə O.Momano karikaturanı paylaşaraq yazıb.




SON XƏBƏRLƏR

2019-05-24