2019-05-13 17:35:46   |   208 dəfə oxunub

“Dünya ictimaiyyəti Azərbaycanın şəffaf və açıq bir ölkə olduğunu bilir” - Deputat



"Dünyada 95 faiz insan, cəmiyyəti idarə edən qurumlar, diplomatlar, hökümətlər Azərbaycanı dəstəkləyir”.

Bu sözləri "Sherg.az”a millət vəkili Rüfət Quliyev mayın 29-da Bakıda final matçında oynayacaq "Arsenal” klubunun erməni futbolçu Henrix Mxitaryanın həyatına Azərbaycanda təhlükə ola biləcəyi ilə bağlı sərsəm açıqlamalara münasibət bildirərkən deyib.

Parlamentari bildirib ki, qalan 5 faiz erməni lobbisi və Azərbaycanın inkişafına, qabağa getməsinə həsəd aparanlardır:

"Təbii ki, bu, normal bir haldır. Əsas odur ki, əksəriyyət ölkəmizi dəstəkləyir və bizi qəbul edir. Bu, vacib bir nüasndır. İqtisadi göstəricilərimizdə, daxili və xarici siyasətimizdə və idman sahəsində uğurlarımız var”.

Deputat ölkəmizdəki otellərin və AZAL biletlərinin qiymətlərin bahalaşması ilə bağlı məsələyə də toxunub:

"Paytaxtın mərkəzində yerləşən tanınmış otellər bahalı qiymətədir. Burada təəccüblü bir amil yoxdur. Bu, bütün dünyada belədir. Bizdə 20-30 dollardan başlayan qiymətə də otellər var. Təbii ki, həmin otellər şəhərin mərkəzindən uzaqdır. AZAL turizmin inkişafı ilə əlaqədar müəyyən proqramlar həyata keçirməyə başlayıb. Amma AZAL bu proqramları daha da inkişaf etdirməlidir. Xüsusi bir beynəlxalq qurum var. Bu qurum ancaq aviasiya məsələləri ilə məşğuldur. Biz bu yaxınlarda Avropa Şurasının dəstəyi ilə 2 saziş bağlamalıyıq. Bəlkə də bu sazişlər 1-2 ay ərzində bağalanacaq. Artıq 2 ilə yaxındır ki, həmin sazişlər müzakirə olunur və nəticədə biz həmin sazişi imzalayandan sonra ölkəmizdə kifayət qədər aviasiya ilə əlaqədar dəyişilikliklər olacaq”.

R.Quliyev həmçinin vurğulayıb ki, bütün dünya ictimaiyyəti Azərbaycanın şəffaf və açıq bir ölkə olduğunu bilir:

"Hansı ki, son 10 ildə dünya səviyyəsində mötəbər yarışlar keçirmişik və uğurlar qazanmışıq. Hətta səhv etmirəmsə, Cənab Prezident erməni idmançısını təbrik edib mükafatını da təqdim etmişdi. Mən erməni deputatları ilə görüşəndə sual verirəm: "Azərbaycanda 43 min erməni yaşayır və hamı bunu bilir. Bəs, Ermənistanda neçə nəfər azərbaycanlı var ? ” Amma ölkəmizdə indiyənə qədər ermənilər yaşayır. Biz heç kimdən qisas almırıq və xalq diplomatiyasını dəstəkləyirik. Həmin diplomatiyanın da təşəbbüskarı özümüz olmuşuq”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-24