2019-05-14 01:45:06   |   176 dəfə oxunub

Türkiyədən təşəbbüs: Ərdoğanla Putin telefonda danışdılar


Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
ONA TASS-a istinadla xəbər verir ki, təşəbbüs Türkiyə tərəfdən olub.
İki lider arasındakı telefon danışığında əsasən Suriyadakı vəziyyət, o cümlədən İdlibdə davam edən gərginlik müzakirə mövzusu olub.
Bildirilir ki, eyni zamanda iki ölkə arasındakı hərbi sahədə, o cümlədən digər istiqamətlərdə mövcud olan münasibətlərin bundan sonra da davam etdirilməsi və digər regional məsələlər barədə fikir mübadiləsi aparılıb.




SON XƏBƏRLƏR

2019-05-25
2019-05-24