2019-05-14 13:19:48   |   110 dəfə oxunub

Anti-Azərbaycan dairələrin və erməni lobbisinin təsiri altına düşənlər...



Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir.

Bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar.

Həmin aksiyaya dair kadrlardan da görünür ki, "plintus” səviyyəli, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar. Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışır, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar.

Çox təəssüf ki, erməni puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlər hələ də tapılır. Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur.

Mövcud durumla bağlı "Sherg.az”a fikirlərini bölüşən millət vəkili Tahir Mirkişili deyib ki, Azərbaycanda uzun illərdir sarsılmaz xalq-İlham Əliyev birliyi mövcuddur:

"Avropanın müxtəlif ölkələrində məskunlaşmış bir qrup azərbaycanlının dövlətimizə və xalqımıza qarşı hədyanları, şər və böhtanları hələ də davam etməkdədir. Təəssüflər olsun ki, müəyyən anti-Azərbaycan dairələrin, erməni lobbisinin təsiri altına düşmüş həmin gənclər hər fürsətdə dövlətin reputasiyasına xələl gətirməyə cəhd göstərirlər”.

Deputat qeyd edib ki, Azərbaycanın öz inkişaf yolu var: "Cənab İlham Əliyev xalqın dəstəyi ilə və xalqla birlikdə həmişə olduğu kimi, növbəti illərdə də ölkəmizin inkişaf hədəflərinə doğru irəliləyəcək. 

Azərbaycan xalqı illərdir ki, xaricdə hansısa mərkəzlərə qulluq etdiyi halda guya ölkəmiz üçün çalışdığını iddia edənləri deşifrə edib. Onlara heç bir halda etimad göstərməyib. O adamlar bizdən deyillər. Azərbaycana dəxli olmayanlardır və ümumiyyətlə, onların məqsədi Azərbaycana fayda vermək deyil”.

Yeganə Bayramova






SON XƏBƏRLƏR

2019-05-24