2019-05-14 14:03:09   |   159 dəfə oxunub

Düşmən üçtərəfli əməkdaşlıq formatı yaratmaq istəyir

Nə Yunanıstan, nə də Kipr Ermənistana gün ağlayacaq



"Azərbaycanın qonşu dövlətlərlə yaratdığı müxtəlif üçtərəfli formatlar Ermənistanı narahat edir”.
Bunu "Şərq”ə açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Ermənistan uzun müddətdir ki, axtarışda idi: "İrəvan da başqa dövlətlərlə üçtərəfli əməkdaşlıq formatı yaratmaq istəyir. 

Məsələn, mayın 8-də İrəvanda Ermənistanın, Yunanıstanın və Kipr Respublikasının xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilib. İyunda Kiprin paytaxtında xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək”.

Siyasi şərhçinin sözlərinə görə, Yunanıstan və Kipr Ermənistanla sıx münasibətlərə malikdirlər: "Sadəcə problem ondadır ki, Yunanıstan və Kipr Ermənistana qonşu dövlətlər deyillər. 

Bu baxımdan Azərbaycanın qonşu dövlətlərlə iqtisadi və regional layihələr əsasında təsis etdiyi üçtərəfli formatlardan fərqli olaraq Ermənistan-Yunanıstan-Kipr arasındakı iqtisadi əməkdaşlığın və birgə layihələrin reallaşdırılması problem olacaq. Ona görə də bu formatın yeganə məqsədi dividend qazanmaqdır. Məqsəd Azərbaycana və Türkiyəyə qarşı blok formalaşdırmaqdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27