2019-05-14 14:16:10   |   199 dəfə oxunub

Tramp Ağ Evdə iftar verdi: “Mənim üçün şərəfdir” - FOTO


ABŞ prezidenti Donald Tramp, Ramazan ayı ilə bağlı dünən Ağ Evdə iftar süfrəsi açıb.

"Sherg.az” xarici KİV-ə istinadən bildirir ki, iftara müsəlman ölkələrinin Vaşinqtondakı diplomatik təmsilçiləri qatılıblar.

Qısa çıxış edən Tramp, Ramazan ayının bütün müsəlmanlar üçün önəmli, birləşdirici dəyər olduğunu söyləyib: "Dünya müsəlmanlarının Ramazan ayını keçirdiyi bir vaxtda, Ağ Evdə bu iftar süfrəsinə ev sahibliyi etmək mənim üçün şərəfdir”.

Qeyd edək ki, ABŞ-ın əvvəlki prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama dövrləri də olmaqla, 2016-cı ilə qədər, təxminən 20 il müddətdə Ağ Evdə Ramazan aylarında iftar yeməyi verilirdi.

Tramp vəzifəsinin ilk aylarında müsəlmanlara viza qadağası qoymaqla, həm ABŞ-da, həm də beynəlxalq ictimaiyyətdə tənqid olunurdu. 20 yanvar 2017-ci ildə Ağ Evdə vəzifəsinin icrasına başlayan və ilk ildə iftar yeməyi verməyən Tramp, prezident olaraq ilk iftar süfrəsini keçən il açmışdı.

Anar







SON XƏBƏRLƏR

2019-05-27