2019-05-14 16:12:13   |   344 dəfə oxunub

“Anti-Azərbaycan qüvvələri dərhal “kloun”larını işə salırlar” – Baş redaktor



"Gördüyüm mənzərə sadəcə dəhşətli idi. 3-4 küçədə böyüyən və "tərbiyə” alan element Azərbaycanımıza qara yaxır. Onlara verilən 5-10 avro qarşılığında ağızlarına gələni danışır, təxribatla məşğul olurlar”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Ekspert bildirib ki, Azərbaycanın yüksəlişi, güclü olması kimlərəsə sərf etmir:

"Anti-Azərbaycan qüvvələri dərhal "kloun”larını işə salırlar. Azərbaycanımıza qarşı bu cür səviyyəsiz, tərbiyəsiz "mübarizə”yə əqidələrini pula satmış ünsürləri qoşurlar. Bu ünsürlər özlərini nədənsə "azərbaycanlı” adlandırırlar. Halbuki onlar bu yüksək ada layiq deyillər. Təkamülün ən sonuncu pilləsində məskunlaşan bu ünsürlər bizdən deyil. 

"Zaryadkaları” bitən kimi Vətəni, milləti düşünmədən 5-10 avroya satırlar. Azərbaycan dövlətinə və xalqına qarşı açıq-aşkar düşmən münasibətini sərgiləyir. Onların arxalarından erməni diasporu, sülhsevər Azərbaycanlıları vəhşiliklə qətlə yetirən erməni faşistləri görünsə, heç təəccüblənmərəm. Bu ünsürlərin əsas vəzifə və məqsədləri pul qarşılığında meydana çıxmaqdır”.

A.İmanov bəyan edib ki, mağara təfəkkürlü qaragüruhçuların "fəaliyyəti” cılız və səviyyəsizdir: 

"Tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış bu ünsürlərin yeri böyüyüb-yaşadıqları küçələrdir. Onlar havadarlarının verdiyi 3-5 avroya görə düşünmədən yaxınlarını satarlar. Ruhunu satan bu ünsürlər o qədər komplekslidirlər ki, qabaqlarına çıxan hər kəsi aşağılamağa çalışırlar. Onların Azərbaycanımıza, xalqımıza qarşı nifrəti açıq görünür. Nə qədər çalışsalar da, bunu gizlədə bilmirlər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27