2019-05-14 16:24:14   |   179 dəfə oxunub

Texniki Universitetdə beynəlxalq ekspertlər tərəfindən seminar keçirilib



Mayın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) "Azərbaycanda Ali Təhsil Sisteminin Gücləndirilməsinə Dəstək” – Tvinninq layihəsi çərçivəsində seminar keçirilib.




"Təhsil müddətinin fənlərə görə deyil, əldə olunan bacarıqlara əsasən tanınması” mövzusunda keçirilən seminarı giriş sözü ilə açan AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov qeyd edib ki, Tvinninq layihəsi ölkəmizdə ali təhsil sisteminin Avropa ali təhsil sisteminə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. AzTU-nun Tvinninq layihəsindəki aktivliyinə diqqət çəkən prorektor, son illər əldə olunan naliyyətlərdən, tədrisdə praktik biliklərin tətbiqindən, universitetin uğurlu beynəlxalq əməkdaşlıqlarından danışıb.

Tvinninq layihəsinin kordinatoru Liza Baydanova seminar haqqında qısa məlumat verib və əhəmiyyət kəsb edən məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Litvalı ekspert Kristina Stkute isə təqdimatla çıxış edərək təhsil tanınmasının həyata keçirilməsi prosesində kompetensiyalara (əldə olunan bacarıqlara) əsaslanan yanaşmanın əhəmiyyətindən danışıb.

Seminar çərçivəsində iştirakçılar təlimin nəticələri haqqında öz düşüncələrini yazıblar. İştirakçıların yazılarına Fransadan olan ekspert Jan-Luk Lomboley tərəfindən şərhlər verilib.

İnteraktiv keçirilən seminarda ekspertlər iştirakçıların suallarını cavablandırıb, maraq kəsb edən məqamlar ətrafında müzakirələr təşkil olunub.




SON XƏBƏRLƏR

2019-05-27