2019-05-14 16:42:24   |   228 dəfə oxunub

Anti-Azərbaycan hərəkətləri ilə erməni diasporunun işinə yarayanlar...



"Dövlət başçısı İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Brüsseldə səfərdədir və səfər çərçivəsində mühüm görüşlər keçirir”.

Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Partiya təmsilçisi vurğulayıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsi dövlət maraqlarımıza cavab verir: 

"Bu, dövlətimiz üçün xüsusi önəm kəsb edir. Prezidentin keçirdiyi görüş zamanı Avropada xüsusi xidmət orqanlarınına işləyən və erməni diasporunun təsirində olan xaricdəki anti- milli ünsürlər öz havadarlarının tapşırıqlarını yerinə yetiriblər. 

Orduxan kimi küçə gədələri hər cür təxribatı törədir. Onu əvvəlcədən və qəsdən təlimatlandırırlar. Onun kimi iki-üç nəfər Prezidentin Brüssel səfərinə iyrənc surətdə etiraz etməyə cəhd göstərirlər. 

Anti-Azərbaycan hərəkətləri ilə erməni diasporunun işinə yarayan davranışlar sərgiləyiblər. Məqsədləri tədbirdə Azərbaycanın dövlət imicinə kölgə salmaqdır. Bu şəxslər aldıqları tapşırıqları çox yaxşı icra edirlər. Beynəlxalq tədbirlərdə adətən Orduxan kimlərindən istifadə yolunu tuturlar. Ancaq bu cür hallarla heç bir naliyyət əldə edə bilməyəcəklər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27