2019-05-14 20:56:51   |   752 dəfə oxunub

“Bu, Qarabağ davamıza xəyanətdir “ – Deputatdan sərt sözlər

“Torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hans bir addım atmamalıyıq”




Prezident İlham Əliyevin dünən Belçikaya işgüzar səfəri baş tutub. Ölkə başçısı Brüsseldə Belçikalıların Kralı Flipp və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşüb.

Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentin səfəri ilə bağlı "Sherg.az”a danışan millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verilib və münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mümkün olduğu diqqətə çatdırılıb.

Deputat qeyd edib ki, danışıqlar zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə də toxunulub:

"Bu görüşlər hazırkı mərhələdə milli maraqlarımızın təmin olunması , torpaqlarımızın işğaldan azad olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilməlidir. Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan addımlar anti-Azərbaycançı mərkəzləri narahat edir. Təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər . 

Özünü azərbaycanlı hesab edən heç bir kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamlıdırlar. Çünki Azərbaycan Prezdentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil Azərbaycan dövlətinə , milli maraqlarımız qarşıdır. Belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, xalqımızın məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. 

Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, öz beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq təssüf ki vətəndaşlıq məsuliyyəti və milli təssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. 

Bu, yolverilməzdir, milli davamıza, Qarabağ davamıza xəyanətdir. Bu cür insanların azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur. Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hans bir addım atmamalıyıq”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22