2019-05-14 23:55:52   |   172 dəfə oxunub

Mustafa Denizli istefa verib




Türkiyənin "Kasımpaşa" futbol komandası baş məşqçisi Mustafa Denizli ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Təcrübəli məşqçi istədikləri nəticələri əldə edə bilmədikləri üçün bu addımı atdığını vurğulayıb.

Qeyd edək ki, "Kasımpaşa" 32 turdan sonra Türkiyə Super Liqasında 38 xalla 13-cü pillədə qərarlaşıb. Mustafa Denizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.




SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22