2019-05-15 11:04:01   |   332 dəfə oxunub

Azərbaycanlı alim erməni naziri susdurdu: “Mnatsakanyan aciz görkəmə düşdü”

“Cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox çalışdı. Lakin istəyinə nail ola bilmədi. Nə qədər çalışdısa, yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”



Tanınmış iqtisadçı Qubad İbadoğlunun Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın Xarici İşlər Zöhrab Mnatsakanyanın çıxışını şərh etməsi və nazirə verdiyi sual çoxsaylı auditoriyanın marağına səbəb olub.

"Sherg.az”ın xəbərinə görə, bu barədə ekspert Feysbuk profilində yazıb.

İqtisadçı bildirib ki, Brüsseldə görüş və müzakirələr bu gün də davam edir: "Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım. Bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim. 

Nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq? Dedim ki, "doğulduğum, boya başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbrlərini ziyarət etmək istəyirəm. 

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək?” sualına cavab vermək istəyən xarici işlər naziri aciz görkəmə düşdü. Cavabını əsaslandırmaq üçün 15 dəqiqədən çox çalışdı, lakin istəyinə nail ola bilmədi. Bir sözlə nə qədər çalışdısa, yenə də Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27