2019-05-15 11:17:44   |   352 dəfə oxunub

Bir günün "yol terroru": 4 qəza, 4 ölü


Daxili işlər orqanlarında qeydə alınmış 2 günün cinayət və hadisələr haqqında statistik məlumatı açıqlanıb.

DİN-in mətbuat xidmətindən "Sherg.az"a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü "isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında isə 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Ayyət




SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22