2019-05-15 17:38:56   |   106 dəfə oxunub

Azərbaycan Prezidenti Şimali Makedoniya Prezidentini təbrik edib


Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik ünvanlayıb.

"Sherg.az"ın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident,
Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".




SON XƏBƏRLƏR

2019-05-27