2019-05-15 18:12:20   |   575 dəfə oxunub

“...Bu ölkədəki iqtisadi problemlər və Azərbaycan ordusu Ermənistanı xəritədən siləcək”




"Nikol Paşinyanın Azərbaycan və Türkiyəni hər beynəlxalq tribunadan hədəf göstərməsində qeyri-adi heçnə yoxdur. Bu, erməni baş nazirin əsas missiyasıdır”.

Bunu "Sherg.az”a açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, Ermənistan sosial və iqtisadi problemlər içində boğulur:

"Ölkə boşalır, inkişaf demək olar ki, dayanıb və heç bir hökumət Ermənistanı düşdüyü bu ağır vəziyyətdən çıxartmağa qadir deyil. Paşinyan pafoslu və populist şüarlarla hakimiyyətə gəldiyi üçün verdiyi vədləri həyata keçirə bilmir. Çıxış yolu kimi kənardan kimlərisə günahkar göstərməkdə görür. Ən uyğun "günahkar”lar Ermənistanı guya haqsız olaraq təcrid edən Azərbaycan və Türkiyədir”.

T.Abbaslının sözlərinə görə, Paşinyan absurd çıxışlarla özünün nə qədər həyasız, səriştəsiz və bacarıqsız siyasətçi olduğunu bir daha dünyaya nümayiş etdirir:

"Doğrudur, dünya ictimaiyyətini də Qarabağ məsələsində obyektiv və qərəzsiz hesab etmək düzgün deyil. Ancaq hər kəs kimin işğalçı və kimin işğala məruz qaldığını gözəl bilir. Paşinyana tövsiyə edilir ki, Ermənistanın bir dövlət kimi sıradan çıxmasının, erməni əhalisinin dünyaya dağılmasının və aclıqdan qırılmasının qarşısını almaq üçün təcili şəkildə işğalçı terroristlərini Azərbaycan ərazilərindən geri çəksin. Əks təqdirdə iqtisadi və sosial problemlər bir tərəfdən, Azərbaycan ordusu isə digər tərəfdən Ermənistan adlı dövləti xəritədən siləcək”.

Qeyd edək ki, Pekində Asiya Sivilizasiyalarının Dialoqu konfransında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyəni ittiham edib. "Ermənistan süni maneələrə və qapalı sərhədlərə qarşı çıxır” deyən Paşinyan XXI əsrdə bu cür anlayışların absurd olduğunu söyləyib: "Bizim qonşularımız ayırıcı xətlər, maneələr və qapalı sərhədlər saxlamağa davam edirlər. Bununla da təhlükəsizliyimiz üçün problemlər yaradırlar”.

İsmayıl









SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22