2019-05-15 20:40:50   |   447 dəfə oxunub

“...Böyük hərbi tapşırıqların ssenarisi hazırlanır” – Polkovnik




Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun hərbi təlimləri keçiriləcək.

Təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Hərbi təlimlərin keçirilməsinin ordumuz üçün vacib olduğunu qeyd edən ehtiyyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az”a bildirib ki, təlimlərin yüksək səviyyədə keçirilməsi döyüşə hazırlıqlı olmağımız deməkdir:

Onun sözlərinə görə, hərbi təlimlərə qədər mərhələli şəkildə böyük bir döyüş hazırlığı gedir:

"Təlimlər zamanı gələcəkdə ola biləcək böyük hərbi tapşırıqların ssenarisi hazırlanır. Hazırda hərbi təlimlərimizdə üstünlük gecə vaxtı aparılan döyüşlərlə bağlıdır. Gecə vaxtkı döyüşlər bir neçə hissəni əhatə edir. Təbii ki, təlimə cəlb olunanlar da qoyulan tapşırıqları məhdud görmə şəraitində yerinə yetirirlər. Bu təlim əvvəlkilərdən daha çox gecə vaxtı hazırlıqların görülməsi ilə seçilir. Ola bilsin, gələcəkdə döyüşlər gecə vaxtı aparılsın və yaxud başqa bir formatda olsun. Hazırda təlimlərdə əsas məqsəd hərbi hissələrin gecə vaxtı fəaliyyətinin təkmilləşdirilməsidir”.

Ş.Ramaldanov vurğulayıb ki, əvvəllər Qarabağ məsələsinin həlli yarı sülh, yarı hərbi yolla nəzərdə tutulurdusa, indi müharibə variantı üstünlük təşkil edir:

"Bunu yerli və xarici ekspertlər də təsdiq edir. Çünki ermənilər bizə başqa bir seçim qoymurlar . Ona görə də təlimlərin keçirilməsi olduqca vacibdir. Bu da Azərbaycanın gələcək hücum əməliyyyatının və torpaqlarının azad edilməsinin bir tərkib hissəsi olacaq. Təlimlərin keçirilməsi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək naliyyətlər göstərəcəklər. Bu nailiyyətləri göstərməyə əsasımız var. Məlumdur ki, bizim artileriya və raket qurğularında xidmət edən hərbiçilər peşəkardır. Onlar müqavilə əsasında xidmət edirlər. Fikrimcə, təlimlər yüksək nailiyyətlərlə nəticələnəcək və bu da ordumuzun gecə döyüşləri ilə bağlı hazırlığında özünəməxsus yer tutacaq”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22