2019-05-16 01:35:46   |   172 dəfə oxunub

Bakıda 2 yaşlı uşaq 4-cü mərtəbədən yerə yıxılaraq ölüb


Qaradağ rayonunda ehtiyyatsızlıq üzündən ölüm hadisəsi qeydə alınıb. ONA-nın xəbərinə görə, hadisə Lökbatan qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Abbasova Ayla Ramin qızı yaşadığı evin 4-cü mərtəbəsinin pəncərəsindən yerə yıxılıb.
Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22