2019-05-16 13:43:41   |   405 dəfə oxunub

“...Regionda humanitar fəlakət yaranacaq” – Sabiq nazirdən qorxunc proqnoz




"İran-ABŞ münasibətlərində yaranmış gərginlik getdikcə dərinləşir. Deyəsən, İran rəsmiləri yersiz hədə qorxunun faydasız olduğunu və vəziyyətin gerçəkdən ciddiləşdiyini dərk etməyə başlayıblar”

"Sherg.az”ın məlumatına görə, bu barədə sabiq maliyyə naziri Fikrət Yusifov Feysbuk səhifəsində yazıb.

Tanınmış iqtisadçı bildirib ki, son günlər İranın davranışında yumşalma əlamətləri görünsə də, olduqca təhlükəli vəziyyət yetişməkdədir:

"Hesab edirəm ki, ABŞ-İsrail cütlüyü İrana qarşı hərbi əməliyyata başlamaq qərarını artıq veriblər. Əgər bu qərar verilibsə, o halda İranın hər hansı formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək. 

İran hərbi münaqişədən nə qədər qaçmağa çalışsa da, onu bu münaqişəyə zorla çəkəcək yollar tapılacaq. Bundan öncə ABŞ bir çox ölkələrə, o cümlədən İraqa, Əfqanıstana da müxtəlif bəhanələrlə hərbi müdaxilə etmişdi.

Hərbi münaqişə baş verərsə, regionda ölçüsü olmayan humanitar fəlakət yaranacaq. Unutmayaq ki, güclü iqtisadiyyatı və kifayət qədər böyük maliyyə resursları olan ölkəmiz 30 ilə yaxındır ki, bir milyona qədər qaçqınlarımızın problemlərini hələ tam çözüb qurtara bilməyib. İranda 80 milyon insan yaşayır ki, bunun da yarısı Azərbaycan türkləri, yəni bizim qardaşlarımızdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27