2019-05-16 13:55:58   |   246 dəfə oxunub

Türk dövlətləri liderlərinin büstlərinə baltalı hücum: Səlcuq və Osman bəyin heykəlləri zədələndi - FOTO



İstanbulun Maçka parkında türk dövlətləri liderlərinin büstlərinə balta ilə hücum edən şəxs polis tərəfindən saxlanılıb.

"Sherg.az” "Milliyet.com”a istinadən bildirir ki, 17 türk dövlətinin liderlərinin büstlərinin qoyulduğu Maçka parkına gələn bir kişi, çantasından çıxardığı baltayla heykəllərə vurmağa başlayıb.

İki büstün üzünü baltayla zədələyən şəxs, ətrafdakı insanların etirazı ilə əlindəki baltanı atıb.

Vətəndaşların çağırışı ilə hadisə yerinə gələn polis həmin şəxsi saxlayıb. Məlum olub ki, Böyük Səlcuq dövlətinə adı verilən Selçuk bəyin və Osmanlı dövlətinin qurucusu Osman bəyin büstləri zədələnib.

Anar








SON XƏBƏRLƏR

2019-05-27