2019-05-16 15:48:03   |   150 dəfə oxunub

Zelenski and içəcək - İnauqurasiya mərasiminin tarixi bilindi


Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək. 

"Sherg.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərar Ali Radanın iclasında 315 deputatın lehinə səsverməsi ilə qəbul olunub. 

Ali Rada Zelenskinin inauqurasiyasının tarixi ilə bağlı 7 layihəyə baxıb. Parlament onların hər birinə tək-tək səs verib.

Qeyd edək ki, Zelenski andiçmə mərasiminin mayın 19-na təyin edilməsini istəmişdi. O hesab edirdi ki, Poroşenko hökuməti Ali Rada vasitəsilə inauqurasiya tarixini ləngitmək istəyirdi.

Ukrayna qanunlarına görə, inauqurasiya seçkilərin nəticələri rəsmən elan olunduqdan sonra 30 gün ərzində, yəni 3 iyundan gec olmayaraq keçirilməlidir. Ali Rada isə qərar verib ki, andiçmə mərasimi mayın 20-də keçirilsin. İnauqurasiyadan sonra Zelenski 3 gün müddətinə prezident kürsüsünə əyləşəcək. 

Anar




SON XƏBƏRLƏR

2019-05-23
2019-05-22