2019-05-16 16:33:57   |   149 dəfə oxunub

İnternetə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində DƏYİŞİKLİK EDİLDİ


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom” MMC internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, 2019-cu ilin may ayından etibarən "Aztelekom” MMC-nin internet xidməti üzrə ödənişlər "gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artıq ödəniş günü hər ayın 5-dək deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq.




SON XƏBƏRLƏR

2019-05-27