2019-05-16 16:53:09   |   261 dəfə oxunub

“Milyonlarla cənublunun Bakıya axışması bizi böhranla üz-üzə qoya bilər” - MÜNASİBƏT



"Rusiya-ABŞ münasibətləri sərin və stabildir. Bu münasibətlərin korlanamasını və ya əksinə yaxın olmasını təxmin etmirəm”.

Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Siyasi şərhçi bəyan edib ki, Amerika Rusiya ilə indiyə qədər yürütdüyü siyasi kursu davam etdirəcək: 

"Putinin Pompeo ilə görüşü ərəfəsində səsləndirdiyi "biz dialoqa hər zaman açığıq, ancaq iş bizdə deyil” bəyanatında həqiqət var. ABŞ- Rusiya münasibətləri amerikanlıların müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir. Vaşinqton müəyyən addımlar atmaq niyyətindədir. Regiona çox sayda hərbi kontingent gətirməyə başlayıb. İranı siyasi yollarla nüvə proqramından imtina etdirə bilməyəcəyi təqdirdə hərbi müdaxilə qaçılmazdır. ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulmasından sonra Rusiyanın zərərsizləşdirməsi növbəsi çatır. Tramp Putinlə bu mövzuda anlaşacaq və İranı bölgədə təkləyəcək. Hətta Azərbaycanın bu prosesə qoşulmayacağı təqdirdə İrana qarşı Ermənistandan istifadə ediləcək”.

Analitik vurğulayıb ki, bir sıra məlumatlara görə, ABŞ Ermənistanı İrana qarşı kökləməyi bacarıb: 

"Çinin qarşısını almaq üçün Rusiya Qərbə çox lazımdır. Bu gün Çinin qarşısında hərbi qüdrəti olan Rusiya dayanmasaydı, Avrasiya məkanı çinlilərin oylağı olacaqdı. İrana qarşı nəzərdə tutulan planların ən pisi həyata keçərsə, bu, ilk növbədə Azərbaycana görünməmiş ziyan vura bilər. Milyonlarla cənublu qaçqının Bakıya axışması bizi siyasi xaos və iqtisadi krizislə qarşı- qarşıya qoya bilər. 

Ona görə də hesab edirəm ki, Azərbaycan tərəfi bir qədər ayıq olmalıdır. Baş verə biləcək fəlakətlərin qarşısını almaq üçün indidən beynəlxlaq təşkilatlarla əlaqələr qurulmalıdır". 

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-27