2019-05-17 00:51:17   |   526 dəfə oxunub

Məlahət Abbasova övladlığa uşaq götürür - "Həyatda birinin yaralarını sarımaq böyük savabdır”

Türkiyədə yaşayan tanınmış aktrisa artıq müraciət edib


Azərbaycanın tanınmış siması, Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova övladlığa uşaq götürmək üçün müraciət edib. Bu haqda aktrisa "Facebook” statusunda yazıb. O bildirib ki, bununla bağlı etdiyi müraciətə görə təsdiq cavabı alıb:

"Uzun müddətdir ki, kimsəsiz bir qız uşağını övladlığa götürərək, ona analıq etmək istəyirdim. Artıq bununla bağlı olaraq sənədlərim hazırlanıb. Mənə 3 həftəlik sınaq müddəti verirlər. Ümid edirəm ki, bu müddətdə də heç bir problem çıxmaz. Əsas olan odur ki, övladlarım da buna razılıq veriblər. Həyata bir övlad qazandırmaq, onun yaralarını sarımaq, onlara dəstək olmaq məncə ən böyük savabdır” – deyə aktrisa bildirib.





SON XƏBƏRLƏR

2019-06-18
2019-06-17