2019-05-18 14:06:48   |   179 dəfə oxunub

Rob Sobhani: ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinə son qoymaqda kömək edə bilər



Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün yeni impulslar mövcuddur və ABŞ Konqresi bu tendensiyanın qorunmasında konstruktiv rol oynaya bilər.

Trend-in məlumatına görə, bu, "Caspian Group Holdings"in baş direktoru Rob Sobhaninin "The Washington Times"da dərc olunan məqaləsində qeyd olunub.

Müəllif yazır ki, Konqres 30 illik münaqişəyə son qoymaqda kömək edə və Amerikanın maraqlarını strateji cəhətdən vacib regionda təşviq edə bilər.

O qeyd edib ki, bu gün erməni qoşunları təkcə Dağlıq Qarabağ ərazisini yox, həm də 7 ətraf rayonu nəzarət altında saxlayır.

R.Sobhaninin fikrincə, tərəflər arasında atəşkəs razılaşmasının olmasına baxmayaraq, münaqişənin gərginləşməsi imkanı mövcuddur:

"Xoşbəxtlikdən, bir müddət əvvəl baş vermiş hadisələr sülh sazişi üçün müsbət perspektiv yaradıb".

Onun sözlərinə görə, Konqres bu impulsun qorunmasını təşviq edən qətnamə hazırlaya bilər:

"Konqresin adi qətnaməsi təkcə Ermənistan və Azərbaycan rəhbərliklərinə deyil, eləcə də hər iki ölkənin xalqına onu göstərdi ki, ABŞ münaqişənin ədalətli həllinə tam sadiqdir".




SON XƏBƏRLƏR

2019-06-25