2019-05-18 17:50:16   |   150 dəfə oxunub

Zelenski: "Krım tatarlarının vətənini işğaldan azad edəcəyimizə inanıram"



Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ölkəsinin Krımı qaytaracağına inandığını bildirib.
ONA-nın məlumatına görə, o, bu barədə "Facebook” səhifəsində yazıb.
"Krım tatarlarının vətənini işğaldan azad edəcəyimizə inanıram. Bu yol nə qədər uzun olsa belə, biz bu yolu krımlılarla birgə keçəcəyik. Unutmayın ki, ən qaranlıq gecə də şəfəqlə sona çatır", deyə o qeyd edib.




SON XƏBƏRLƏR

2019-06-25