2019-05-20 12:59:49   |   130 dəfə oxunub

Deputat: “Prezident vətəndaş amilinə xüsusi önəm verir” – Sosial siyasətin qayəsi




Ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır. Son illər cənab Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Atılan bütün addımlar əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib.

Şəhid ailələrinə diqqət və qayğı prezidentin xüsusi nəzarətindədir. Həyata keçirilən layihələrdən biri də məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Ümumiyyətlə, hər zaman ölkə başçısı sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza həssaslıqla yanaşıb. Bütün bunlar ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Prezidentin sosial siyasəti ilə bağlı "Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bildirib ki, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prezidentin diqqət mərkəzində olub:

"Qarabağ əlilləri və məburi köçkünlərimizin sosial vəziyyətinin yaxşılaşdırılması prezidentin diqqət və qayğısının göstəricisidir. Dövlət başçımız müvafiq qurumlara ciddi tapşırıqları verir və onların qarşısında tələblər qoyur, işlərin icrasına nəzarət edir. Əgər neqativ hallar varsa, ölkə başçısı buna qarşı da tədbirlər görür. Ona görə də həmin kateqoriyadan olan insanlar hər zaman ali baş komandanımıza öz minnətdarlığını bildirirlər.

Ümumiyyətlə, ölkə başçısı vətəndaş amilinə xüsusi önəm verir. Cəmiyyətin bütün təbəqəsinin daim diqqət mərkəzində oluduğunun bir daha şahidi olduq. 

Ona görə də prezidentin sərəncamını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, aztəminatlı ailələrə yardım edilməsi prezidentimizin Azərbaycan insanına olan böyük diqqətinin nümunəsidir”.

Yeganə Bayramova









SON XƏBƏRLƏR

2019-06-20