2019-05-20 13:08:50   |   90 dəfə oxunub

DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATLARI: keçmiş arvadının təzə ərini bu günə saldı



Bakıda baş verən dəhşətli qətlin bəzi təfərrüatları ortaya çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, 1974-cü il təvəllüdlü Zaur Rzayev bir müddət əvvəl həyat yoldaşı Maral Rzayevadan ayrılıb.

Qadın isə Vasif Əliyevlə ailə həyatı qurub. Bunu qəbul etməyən Zaur Rzayev keçmiş həyat yoldaşının kirayə qaldığı mənzilə gedib.

Orada Vasif Əliyev mübahisə edib. Əsəblərinə cilovlaya bilməyən Z. Rzayev Vasif Əliyevin qarın boşluğundan bıçaqla zərbələr endirib. O, daha sonra Maral Rzayevanı, qız Samirəni və ev sahibi Qəmər Nadıyevanı bıçaqlayıb.

Vasif Əliyev xəstəxanada ölüb.





****

09:59

Bakıda dəhşətli qətl baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.

1974-cü il təvəllüdlü Zaur Rzayev qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, arvadının kirayə qaldığı evinin sahibi Qəmər Nadıyevanı və həmin mənzildə olan Vasif Əliyevi bıçaqlayıb. Qısqanc kişi hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan Vasif Əliyev həkimlərin səyinə baxmayaraq xəstəxanada öldüb.

Hüquq- mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyət-axtarış tədbirləri nəticəsində Zaur Rzayev tutulub.

Faktla bağlı Xəzər rayon Prokurorluğundan 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.




SON XƏBƏRLƏR

2019-06-25