2019-05-20 13:22:10   |   112 dəfə oxunub

“Məhkəmə-hüquq sisteminə inam və etibar güclənəcək” – İslahatın töhfəsi


Prezident İlham Əliyev hər zaman məhkəmə-hüquq sahəsində islahatlara ciddi ehtiyac olduğunu bildirib. Buna görə də ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə mühüm işlər görülür.

Ölkə başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanda hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyinin təmin edilməsi qeyd olunur. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi sahəsində də müəyyən işlər görülməkdədir.


"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az” açıqlamasında qeyd edib ki, bu günə qədər məhkəmə-hüquq sistemi ilə bağlı bir çox qərarlar qəbul edilib.

Onun sözlərinə görə, bu sahədə müəyyən islahatların aparılması bütövlükdə məhkəmə hakimiyyyətinin müstəqilliyinə olan inam və etimadın daha da güclənməsinə gətirib çıxaracaq:

"Çünki ən vacib məsələlərdən biri budur. İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində geniş işlər aparılır. Elektron məhkəmə sisteminin daha da inkişaf etidirilməsi qarşıda duran əsas məqsədlərdən biridir.

Azərbaycanda mühüm məsələlərdən biri məhkəmələrdə ədalətli qərarların qəbul edilməsinin genişlənməyə doğru getməsidir. Ən vacib məsələ odur ki, məhkəmə-hüquq sisteminə inam və etibar formalaşsın. Vətəndaşlarımızın hər biri ədalətli qərarların verildiyini başa düşməlidir.

Məhkəmə sistemindəki digər islahat isə insan hüquq-və azadlıqlarının daha da dərinləşməsi ilə bağlıdır. Eyni zamanda məhkəmə sistemindəki ən mühüm islahatlardan biri də pulsuz hüquqi yardımla bağlı qanunun qəbul edilməsi ola bilər. Əslində bu, hüquqi yardım keyfiyyətinin güclənməsinə gətirib çıxaracaq. Məhkəməyə qədər bir sıra institutların təkmilləşməsinə də ehtiyac var. Elə məsələlər var ki, onların daha sürətli həlli lazımdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-06-25