2019-05-20 14:30:34   |   358 dəfə oxunub

Azər Həsrət: "Əli Kərimli xaricdəki mühacirlərdən daim öz məqsədləri üçün istifadə edir"


"Mən Əli Kərimlinin narahatlığını başa düşürəm. Çünki bu adam Azərbaycan daxilində siyasi dayaqlarını itirib”. Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Ekspert bildirib ki, hətta yaxın ətrafı belə zaman-zaman Əli Kərimlidən imtina edib, ondan uzaqlaşıb: 

"Ə.Kərimli meydanda tək qalıb. İctimai yerlərdə, müxtəlif tədbirlərdə ortaya çıxan kadrları gördükdə təəssüf hissi keçirirəm. Çünki bir zamanlar onun ətrafında kifayət qədər samballı adamlar var idi. Əli Kərimli professorlar, alimlər, cəmiyyət içində tanınan, qəbul edilən, sözü keçən insanlarla ictimaiyyət arasına çıxardı. Lakin hazırda o, ictimaiyyət arasına çıxarkən yanındakı adamlar bir miskin görüntü yaradırlar. Adını çəkmək istəmirəm, Xocalı soyqırımı abidəsini ziyarət edərkən Kərimlinin yanında əxlaqı və ədəbi ilə cəmiyyətin bir müddət müzakirəsinə səbəb olmuş gənc qız var idi. Əli Kərimli belə bir şəxslə Xocalı soyqırımı abidəsini ziyarət etməyə gedir. Ölkə içində bu durumda qalan Kərimli xaricdəki mühacirlərdən öz məqsədləri üçün daim istifadə edir. Yəni onların Azərbaycandan kənarda olması, xüsusən müəyyən mərkəzlərlə bağlılığı Əli Kərimlinin işinə yarayır. O, adamları qızışdırır və onların atdığı addımları, guya dəstəkləməklə bir sırada olduğunu göstərməyə çalışır. Ona görə də həmin tiplərin ayaqda qalmasında maraqlıdır”.

Analitik bildirib ki, Emin Millinin bəyanat verməsi, təəssüf hissini dilə gətirməsi Əli Kərimlinin işlərini xeyli çətinləşdirib: 

"Emin Milli bu etirafı edirsə, digərlərinin də belə bir etiraf etməyəcəyinə təminat vermək olmaz. Yəqin ki, onlar da müəyyən dövrdən sonra etiraf edəcəklər. Etiraf edənlər isə Əli Kərimlinin işinə yaramır. Çünki ona narazılar, etiraz edənlər lazımdır, etiraf edənlər yox. Güvəndiyi, yaxud itifadə etdiyi adamların doğrunun nə olduğunu anlayıb, düzgün yola gəlməsi Əli Kərimli bir qədər də radikallaşdırıb. Ancaq düşünürəm ki, Əli Kərimlinin təşvişə düşməsi bizi elə də ciddi narahat etməməlidir. Çünki bu adamın istər daxildə, istərsə də xaricdə ciddi siyasi füqur olmadığı artıq çoxdan bəllidir”.

Qeyd edək ki, Avropada özlərini "siyasi mühacir” kimi təqdim edib, Azərbaycan dövlətinə qarşı ermənilərdən də betər düşmənçilik mövqeyi sərgiləyən satqınlar, xainlər yığnağının sıraları get-gedə seyrəlməyə başlayıb. Bir neçə Orduxan, Vidadi tiplərini çıxmaq şərti ilə, bəzi "siyasi mühacirlər” (Emin Milli kimi) açılım məsələsinə önəm verməyə başlayıblar. Qısacası tədricən getdiklərin yolun doğru olmadığını anlamaya və xətalarından dönməyə yönəlirlər. Ancaq bu qaçılmaz realıq AXCP sədri Əli Kərimlini ciddi şəkildə təlaşlandırıb. Belə ki, sosial şəbəkələrdə canlı yayımlara çıxaraq, ad çəkmədən haqq yoluna dönənləri qınamağa, ittiham etməyə başlayıb.

İsmayıl




SON XƏBƏRLƏR

2019-06-25