2019-05-20 14:40:34   |   144 dəfə oxunub

Təhsil İdarəsinin əməkdaşı itkin düşüb


Gəncə Şəhər Təhsil İdarəsində məsləhətçi işləyən Ceyhun Qabil oğlu Bağırov mayın 17-dən itkin düşüb. 

ONA-nın yerli bürosunun məlumatına görə, bu barədə gəncin atası "Facebook” səhifəsində yazıb. 

O, naməlum səbəbdən itən oğlundan 2 gündür xəbər ala bilmədiklərini və polisə müraciət etdiyini qeyd edib. 

Gəncə Şəhər Polis İdarəsindən ONA-ya faktı təsdiqləyiblər.





SON XƏBƏRLƏR

2019-06-15